“Azərbaycanfilm”də toplantı keçirildi

“Azərbaycanfilm”də toplantı keçirildi
13 sentyabr 2022
# 16:30

“Azərbaycanfilm” kinostudiyasında geniş formatda silsilə tədbirlər planı layihəsi hazırlanaraq ölkədəki kino təşkilatlarına təqdim olunub.

Bu barədə APA-ya kinostudiyadan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Proffesional Kinorejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin, Azərbaycan Prodüserlər Gildiyasının sədri Nəriman Məmmədov, Azərbaycan Dövlət Film Fondunin direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva ilə “Azərbaycanfilm” kinostudiyasında tədbirlər planı layihəsinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə təşkilat rəhbərləri təqdim olunan tədbirlər planı ilə bağlı müzakirələr apararaq müvafiq təkliflər səsləndiriblər. İlk növbədə tədbirlər planının həyata keçirmək üçün Təşkilat Komitəsinin yaradılması qərara alınıb. Ayın sonuna təyin olunan növbəti iclasda təşkilat nümayəndələri ilə yanaşı görkəmli kino xadimlərinin iştirakı da nəzərdə tutulub. Tədbirlər planı növbəti iclasda təsdiq olunaraq müvafiq istiqamətdə fəaliyyətə keçiləcək.

Qeyd edək ki, tədbirlər planına daxil olan layihələr arasında filmlərin bərpa-korreksiyası və təbliğatı, nəşrlər, sosial media yayımları, müsabiqələr, kütləvi tədbirlər, kino mühitinin inkişafı üçün nəzərdə tutulmuş mövzuların müzakirəsi çərçivəsində dəyirmi masa, konfranslar və digər tədbirlər öz əksini tapıb.

“Azərbaycanfilm – 100” tədbirlər planının hər bir maddəsinin müvafiq dövlət və ictimai təşkilatlarla müştərək həyata keçirilməsi qərara alınıb.

“Azərbaycanfilm” kinostudiyasında toplantı

# 1134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #