Röya Ayxan: "Xəyanəti bağışlayaram"

Röya Ayxan:  "Xəyanəti bağışlayaram"
9 oktyabr 2023
# 16:00

ATV-nin “Rəngarəng səhər” proqramına qonaq olan Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, aparıcının “Röya Ayxana xəyanət olunsa, bağışlayarmı?” sualına Xalq artisti “Bağışlayaram” cavabını verib:

“Təbii ki. Bu kişidir. Burada situasiya başqadır, mən başqasının həyatına girə bilmərəm. Amma axşam harasa gedib, yeyib-içib. Buna görə, səhər evə gələndə niyə dava edim ki? Ürək xəyanəti başqadır, bu başqa. Qoy gəzsin-dolansın. Daha evdəkini də yaddan çıxarmasın. Məni yaxşı saxlasın. Pul versin, desin get özünə brilliantlar al. Mən də gedim alım. Axşam harada olduğu yadımdan çıxacaq”.

Həmin görüntüləri təqdim edirik:

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

# # #