Azərbaycanda ilk dəfə Mədəni İrs Forumu keçirilir

Azərbaycanda ilk dəfə Mədəni İrs Forumu keçirilir
18 dekabr 2023
# 10:12

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Mədəni İrs Forumu keçirilir.

Kulis.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forumun açılış günündə tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edir.

3 gün davam edəcək forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq- Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacağı gözlənilir.

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.

# 519 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #