“Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabın təqdimatı oldu

“Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabın təqdimatı oldu
22 iyul 2023
# 09:59

Erməni işğalı zamanı İslam mədəniyyətinə aid abidələrin məruz qaldığı dağıntıları özündə əks etdirən, Azərbaycanın Livandakı səfirliyi tərəfindən çap etdirilmiş ərəb dilindəki “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabın Livanın şimalında Akkar vilayətinin Kavaşra kəndindəki liseydə fəaliyyət göstərən “Azərbaycan otağı”nda təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə səfirliyin heyəti ilə yanaşı, Akkar vilayətinin din xadimləri, bələdiyyə rəhbərləri, yerli icra nümayəndələri, məktəb direktorları və kənd sakinləri iştirak ediblər. Təqdimatın əvvəlində slaydlarla işğal dövründə ermənilər tərəfindən Qarabağda dağıdılmış məscidlərin şəkilləri nümayiş etdirilib, “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab, eləcə də orada əks olunan faktlar barədə məlumat verilib.

Tədbirdə çıxış edən bölgənin imamı Mustafa Xoder məscidlərin ibadətgah olduğunu və məscidlərə qarşı edilmiş bu vəhşiliyi vandalizm aktı kimi qiymətləndirib.

Həmçinin dinə, xalqa mənsubiyyətindən asılı olmayaraq dini-mədəni abidələrə qarşı barbar hərəkətlər pislənərək, bunun yolverilməzliyi qeyd olunub və bu cür münasibətin daim qarşısının alınmalı və onu törədənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.

Ümumilikdə çıxışlar zamanı İslam mədəniyyətinə aid məscidlərin dağıdılması və təhqir olunması faktları mədəni-tarixi irsə qarşı göstərilmiş barbarlığın bariz nümunəsi kimi qiymətləndirilib.

# 916 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #