Azərbaycana göndərilən alman əsgər haqqında film çəkilir

Azərbaycana göndərilən alman əsgər haqqında film çəkilir
8 avqust 2022
# 11:20

İkinci Dünya müharibəsindən sonra Azərbaycana göndərilən alman ordusunun əsir düşmüş əsgəri Rudolf Vays haqqında " Avstriyalının odiseyasi" adlı film çəkilir.

Kulis.az xəbər verir ki, hazırda Vyanada yaşayan Rudolf Vaysın 96 yaşı var və Azərbaycan xatirələrini qələmə alıb. "Hökumət evi" və "Saatlı bina" kimi tanınan binaların tikintisində çalışıb. Salyan və Neftçalada yol tikintisində işləyib. Çəkilişlər Vyana, Bakı, Neftçala və Salyanda aparılacaq. Ekran işi Mədəniyyət nazirliyinin dəstəyi ilə "Nova Gorica" kino mərkəzində istehsal olunur.

Qeyd edək ki, filmin ideya müəllifi Samir Rzayev, rejissoru Turan Yaqublu , operatoru Əminə Həsənli, prodüseri Tahir Tahiroviçdir

# 1425 dəfə oxunub

Müəllifin son yazıları

# # #