Rus aktrisası 26 yaşında vəfat edib.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, "Vilayət" estrada teatrının solisti, müəllim-xoreoqraf Marina Ruzavina Penzada vəfat edib. Bu barədə məlumatı Penza Dram Teatrının bədii rəhbəri Sergey Kazakov bildirib.
O, qeyd edib ki, ölümündən bir gün əvvəl ad gününü qeyd edən aktrisa ertəsi gün qan laxtalanması nəticəsində həyatını dəyişib.