Azərbaycan hekayələri Çexiyada dərc edildi

Azərbaycan hekayələri Çexiyada dərc edildi
5 mart 2022
# 19:00

XX əsr Azərbaycan ədəbiyyatının Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış yazıçılarının çex dilinə tərcümə edilmiş hekayələrinin toplandığı “Sarı gəlin” Azərbaycan hekayələri antologiyası kitabı Çexiyada işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitaba daxil edilən əsərlərin orijinaldan çex dilinə tərcümə müəllifləri tanınmış çex tərcüməçiləri İvana Bozdexova və Klara Xoulikovadır.

Praqanın zəngin ənənəli “Karolinum” nəşriyyatında çap olunmuş kitab akademik Nizami Cəfərovun çex dilinə tərcümə olunmuş “Ön söz”ü ilə təqdim olunur.

Nəfis tərtibatda nəşr edilmiş toplunun yaxın günlərdə Praqanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

# 1645 dəfə oxunub

Müəllifin son yazıları

# # #