"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi

"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi
4 iyun 2025
# 17:30

"Star Kids Group" MMC-nin təşkilatçılığı ilə "Azerbaijan Kids Best Model 2025" adlı uşaq modelləri müsabiqəsi "Badamdar Hotel Residences"də baş tutub.

Kulis.az xəbər verir ki, tədbirdə 4-14 yaş arasında olan 72 uşaq model iştirak edib. Onlardan 43-ü qız, 29-u isə oğlandır.

Müsabiqə çərçivəsində azyaşlı iştirakçılar səhnədə öz bacarıq və istedadlarını nümayiş etdirib.

Münsiflər heyətinə ənənəvi olaraq əməkdar incəsənət xadimi, modelyer-rəssam Fəxriyyə Xələfova sədrlik edib.

Qeyd edək ki, müsabiqənin sonunda qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

# 174 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #