Pikassonun əsərləri Fransa hökumətinə bağışlanacaq

Pikassonun əsərləri Fransa hökumətinə bağışlanacaq
20 sentyabr 2021
# 18:31

Tanınmış ispaniyalı rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransa hökumətinə atasının 9 əsərini bağışlayacaq.

Kulis.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken məlumat yayıb.

Burada söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedir. Mətbuat konfransında jurnalistlərə yalnız bir əsər - kubizm üslubunda hazırlanmış “Oturacaqda şirniquş yeyən uşaq” (1938) göstərilib. Əsərlərin ən qədimi 1895-ci ilə aiddir. Bu, Pablo Pikassonun atası Don Xose Ruisonun portretidir. Əsərlər geniş ictimaiyyətə 2022-ci ilin aprelində təqdim olunacaq.

# 1638 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #