Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirilib.
Kulis.az xəbər verir ki, bu barədə İttifaqın feysbuk səhifəsində məlumat paylaşılıb.
İclasda Xalq artisti Azər Paşa Nemətovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sənətkarın şəxsiyyətindən, sənətindən, Azərbaycan mədəniyyətindəki, o cümlədən teatr sənətindəki əvəzolunmaz yerindən danışılıb.
- Dünya həsrət qalsın zülmə, savaşa – Leyla Əliyeva Azərbaycana şeir yazdı
- "Mirzə Cəlilin Azərbaycanı" filminin təqdimatı olacaq
- Məşhur türk yazıçısının məzarının yeri tapıldı
Sonra sədrin vəzifə səlahiyyətlərinin icrası barədə məsələ müzakirə edilib.
İdarə heyəti üzvlərinin yekdil qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransına qədər İttifaq sədrinin səlahiyyətləri sədr müavini Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" Ordenli Hacı Məcid oğlu İsmayılova verilib.