Ayxan Ayvazın yeni romanı çap olunub.
Kulis.az xəbər verir ki, müəllifin "Pəncərəsiz" romanı Qanun nəşriyyatında işıq üzü görüb.
Roman qeyri-adi tələbənin intihar niyyətindən, ölkədə intiharların qadağan olunmasından və "İntihara Azadlıq Təşkilatı"nın yaranmasından bəhs edir.
Xatırladaq ki, digər nəşriyyatlar intiharı təbliğ ittihamı ilə bu romanın çapından imtina etmişdilər.