AYB-də “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans keçirildi

AYB-də “Qarabağ savaşı ədəbiyyatımızda”  adlı konfrans keçirildi
15 aprel 2026
# 14:38

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans və sərgi keçirilib.

APA xəbər verir ki, konfransda çıxış edən AYB-nin katibi, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli bildirib ki, Qarabağ savaşı başlayandan qələm adamları bu mövzuda əsərlər yazıblar.

O qeyd edib ki, istər Qarabağ işğalda olduğu dövrlərdə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də 24 saatlıq lokal antiterror əməliyyatlarından sonra bu mövzuda bədii nümunələr yayımlanıb.

“Hansı rakursdan yanaşırsan yanaş, müharibə fəlakətdir və qələm adamlarımız bunu heç vaxt unutmayıblar. Düzdür, bu əsərlərin, kitabların hamısı yüksək bədii dəyərə malik deyil. Amma elə dəyərli nümunələr var ki, onlar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da həm müxtəlif antologiyalar şəklində, həm də fərdi yaradıcılıq nümunələri kimi tanınıb".

Konfransda mövzu ilə bağlı nəsr və dramaturgiya üzrə AYB-nin katibi, şair İlqar Fəhminin, publisistika üzrə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, poeziya üzrə isə AYB-nin poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslının məruzələri dinlənilib.

Daha sonra mövzular üzrə müzakirələr aparılıb.

Müzakirələrdə AYB sədri, Xalq yazıçısı Anar, AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, millət vəkilləri və tanınmış qələm adamları iştirak ediblər.

# 179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər