Çingiz Abdullayevdən qalmaqallı sözlər: “İnsan olmağı öyrənin”

Çingiz Abdullayevdən qalmaqallı sözlər: “İnsan olmağı öyrənin”
10 sentyabr 2020
# 13:12

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayein Facebookda qalmaqala səbəb olan statusunu təqdim edir.

Otuz ildir ki, bütün sənədləri Azərbaycan dilində oxuyur, ssenari yazır və ən əsası danışıram. Dörd il əvvəl Ali Neft Məktəbində 5 saat yarım danışdım. Opera studiyasında 650 nəfərin qarşısında 6 saatdan çox tamaşaçıların suallarını Azərbaycan dilində cavablandırdım. Bunu dünyada heç bir azərbaycanlı etmir! Hər həftə danışıram, tələbələr və məktəblilərlə görüşürəm!

Uşaqlarımız xarici dilləri bilməlidir. Oxuya bilmək üçün ingilis, fransız, rus, türk dillərində öyrənməlidirlər. Yalnız bundan sonra dili bildiyinizi söyləyə bilərsiniz. Bunun pis olduğunu düşünmürəm. Lakin, ana dilini məcburi və qeyd-şərtsiz bilməklə.

Əyalətçilik və bacarıqsızlıq ölkəmizi məhv edə bilər. Paxıllıq, həmvətənlərimizin uğurlarına sevinə bilməmək, dünya mədəniyyətinə, musiqisinə, elminə açıq şəkildə nifrət etmək bizi qüsurlu bir şüurla həmişəlik geridə qalan bir ölkəyə çevirə bilər.

Uzun illərdir çalışdığım ən məşhur yazıçılardan biri, janrlardakı fərqi belə anlamadan elmi fantastika yazdığıma səmimi qəlbdən inanırsa, nədən danışaq? Və başqa, daha kiçik bir yazıçı, Joan Rollingin fantastika yazdığına əmindir. Fantaziya növü ədəbiyyatımızda sadəcə mövcud deyil.

Təhsil hələ də zəif nöqtəmizdir. Mənə dedilər ki, 16 faiz, yəni hər 6 abituriyentdən biri 100 baldan az toplayıb. Prinsipcə, şərh verməyəcəyəm. Hər kəs özü üçün nəticə çıxarır. Və məktəbləri və ya müəllimləri qınamağa ehtiyac yoxdur. Bu, valideynləri məsuliyyəti azad etmir.

Mənə dəfələrlə sosial şəbəkələrdən getməyi, insanlarla ünsiyyət qurmağın səhv olduğunu söylədilər. Mənfi rəylər də eşidə bilərsiniz. Ancaq bu hətta yaxşıdır. İnsanları daha yaxşı tanıyırsan, hərəkətlərdəki psixoloji məqamları anlayırsan...

Yazmaq istəmirdim. Amma yazacam. Xalqıma və Prezidentimizə çox minnətdaram. Yaşıma görə mənə inanılmaz mükafatlar verildi. "Şöhrət" və "Şərəf" ordenləri, Birliyin Ulduzu, Azərbaycan ədəbiyyatı tarixində ən gənc "Xalq Yazıçısı" adını qazandım. Üstəlik bu qədər də xarici mükafat və ordenlər.

Mən yazmağa başlayanda Moskvada mənə güldülər. Qoy, bazarda göyərti satsın dedilər. İndi deyirlər, Rusiyanın elə bir şəhəri yoxdur ki, mənim kitablarım orda olmasın. Bir sirri açacağam. Mənim kitablarım hər yerdədir. Cənubi Amerikadan Cənub-Şərqi Asiyaya qədər. Otuz iki dildə. Ancaq dünyanın heç bir yerində jurnalistlərimiz və yazıçılarımız qədər mənə nifrət etmirlər, təhqir etmir və zəhərləmirlər. Onlara təşəkkür edirəm. Polad od vasitəsi ilə sərtləşir. Ancaq bu, iyrəncdir. Argentina və ya Fransada məni yazıçı hesab edirlər və öz dillərinə tərcümə etdilər. Məni dünyanın hər yerində oxuyurlar.

Yaşadığınız hər gündən sadəcə yaşamağı və zövq almağı öyrənin. Başqalarının uğurlarından ölməyin, qonşunuzun uğurları üzündən xəstələnməyin, sevinclərindən üzülməyin. Başlamaq üçün sadəcə yaşamağı və insan olmağı öyrənin. İnanın, həyat çox asanlaşacaq.

Rus dilindən çevirdi: Samirə Əşrəf

# 4950 dəfə oxunub

Müəllifin son yazıları

# # #