Avropa milli geyimləri nümayiş olunub

Avropa milli geyimləri nümayiş olunub
27 noyabr 2024
# 13:00

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi FantazEU Mədəni İrs Festivalı çərçivəsində Milli Azərbaycan Tarix Muzeyində Avropa milli geyimlərinin sərgisini keçirib.

Kulis.az sərgidə Aİ ölkələrinin milli geyimləri nümayiş olunub. Tədbirdə Avropa musiqisi və rəqsləri də təqdim olunub.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko açılış nitqində Azərbaycanda tarixlə bağlı muzeydə belə tədbir keçirməkdən qürur duyduqlarını bildirib. Qeyd edib ki, Aİ ölkələri arasında həm mədəni, həm də tarixi əlaqələr mövcuddur: “Adət-ənənələrimiz bir-birinə bənzəyir və milli geyimlərimiz də bənzər mədəniyyətlərimizin təcəssümüdür. Milli geyimlərin müxtəlifliyini və çoxluğunu gördükdə belə bir sərgi təşkil etmək istədik, hesab edirəm ki, belə bir tədbirin keçirilməsi vacib addım idi”.

Sərgidə Almaniya, Slovakiya, Polşa, Rumıniya, Latviya, Litva və digər ölkələrin milli geyimləri yer alıb.

# 356 dəfə oxunub

Müəllifin son yazıları

# # #