Çıxdığı ilk həftədə dünyada böyük uğur qazanan “Avatar” filmindəki personajların niyə mavi olduğunu heç düşünmüsünüzmü?
Kulis.az xəbər verir ki, bunun səbəbini 2009-cu ildə ekranlara çıxan və "dünyanın ən çox gəlir gətirən filmi” olan "Avatar"ın rejissoru Ceyms Kemeron tamaşaçılarla görüşdə izah edib.
“Empire” jurnalına danışan məşhur rejissor bildirib: “Anam bir dəfə mənə dedi ki, ucaboylu mavi rəngli qadınlar haqqında yuxu görüb. Ağlıma inanılmaz bir görüntü gəldi. Bu şəkli çəkdim. Nəticədə film üçün mavi rəngi seçdik”.
- AMEA-nın tarixçi alimi və xanımı 92 min manat mənimsəməkdə təqsirləndirilir
- Qalib layihələrin maliyyələşməsinə start verildi
- Gənc Tamaşaçılar teatrında rəsm sərgisi keçirilib
Digər tərəfdən məşhur rejissor filmin vizual effektlərindən danışıb. Londonda dünya premyerasında tənqidçilərdən 'tam qiymət' almağı bacaran filmin vizual effektlərinin serial pərəstişkarlarını valeh etdiyini bildirib.