Kolumbiya Respublikasının rəsmisi Tərcümə Mərkəzində

Kolumbiya Respublikasının rəsmisi Tərcümə Mərkəzində
26 yanvar 2017
# 10:33

Yanvarın 25-də Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo və konsulu xanım Kelly Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar. Kulis.azın məlumatına görə görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.

“İyirmi şeir” kitabı Kolumbiya və Azərbaycan şairlərinin şeirlərindən ibarət olacaq.

Nəşri bu ilin aprel ayında Kolumbiya Milli Nəşriyyatında baş tutacaq kitabın təqdimatı və digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.

# 1177 dəfə oxunub

Müəllifin son yazıları

# # #