"Assassin’s Creed" oyunu əsasında serial çəkiləcək

"Assassin’s Creed"  oyunu əsasında serial çəkiləcək
19 iyul 2025
# 11:58

Dünyanın ən populyar oyunlarından olan "Assassin’s Creed" əsasında serial çəkiləcək.

Kulis.az xəbər verir ki, "Netflix" platformasında yayımlanacaq serialın süjeti iki gizli təşkilat arasında əbədi qarşıdurma üzərində qurulacaq.

Qeyd edək ki, “Assassin’s Creed” oyun seriyası ilk dəfə 2007-ci ildə təqdim olunub və indiyədək dünyada 230 milyondan çox nüsxə satılıb. Seriyanın son oyunu "Assassin’s Creed: Shadows" bu il çıxıb. Oyunlarda assassilər və templerlər arasında “Eden parçaları” adlı güclü artefaktları ələ keçirmək uğrunda mübarizə gedir.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #