"Aşiq Şekspir " filminin ulduzu Cozef Fayns Harvi Vaynşteyn tərəfindən necə təhqir olunduğunu açıqlayıb.
Kulis.az xəbər verir ki, britaniyalı aktyor Cozef Fayns “The Guardian”a 1990-cı illərdə məşhur prodüser Harvi Vaynşteyn tərəfindən necə zorakılığa məruz qaldığından və onunla necə üzləşdiyindən danışıb.
Onların görüşü sənətçinin dediyinə görə, 1998-ci ildə Oskar mükafatına namizəd olan iki filmdə rol aldıqdan az sonra baş verib. Söhbət “Aşiq Şekspir” və “Elizabet” filmlərindən gedir.
Fayns Vaynşteyn ilə bir otel otağında görüşə çağırıldığını və ona Vaynşteyn tərəfindən Miramax ilə müqavilə təklif edildiyini deyib. Aktyorun dediyinə görə, Vaynşteyn dərhal hədə-qorxu ilə başlayıb, ona rəhbərlik edəcəyini açıqlayıb. Və o, həmçinin, təklifi rədd etsə, karyerasının bitəcəyinə işarə edib.
Xatırladaq ki, adı uzun müddətdir ki, zorakılıq skandalarında hallanan Harvi Vaynşteyn birinci dərəcəli təyyarə ilə bir həbsxanadan digərinə aparılıb.