"Apokalipsis qaçılmazdırmı?" - Zaman Piriyevin kitabları təqdim olunacaq

"Apokalipsis qaçılmazdırmı?" - Zaman Piriyevin kitabları təqdim olunacaq
13 may 2026
# 12:54

Mayın 17-də "Qanun" nəşriyyatında yazıçı Zaman Piriyevin kitab təqdimatı və oxucularla görüşü keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində müəllifin çapdan çıxmış yeni əsərləri – "Apokalipsis qaçılmazdırmı?", "Lə Misas (Samirinin şifrəsi)" və "Dua elə, yaz çiçəyim" kitablarının təqdimatı baş tutacaq.

Görüşdə oxucular müəlliflə birbaşa ünsiyyət qurmaq, kitabların yaranma prosesi, mövzuları haqqında müzakirələr aparmaq və onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəklər. Həmçinin, iştirakçılar müəllifə öz kitablarını imzalada bilərlər. Ədəbiyyatsevərlər və yazarın yaradıcılığı ilə maraqlanan hər kəs tədbirə dəvətlidir.

Qeyd edək ki, kitab təqdimatı və oxucu görüşü mayın 17-si saat 15:00-da "Qanun" nəşriyyatında baş tutacaq. Giriş sərbəstdir.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər