APA-nın Fars dili xidməti fəaliyyətə başlayıb

APA-nın Fars dili xidməti  fəaliyyətə başlayıb
23 oktyabr 2023
# 16:20

APA İnformasiya Agentliyinin Fars dili xidməti fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, Fars dili xidməti Azərbaycanda, regionda və dünyada gedən siyasi proseslər, baş verən mühüm hadisələr, gündəm xəbərlərini fars dilli oxuculara, o cümlədən İran auditoriyasına çatdırmağı qarşısına məqsəd qoyub.

Xidmət oxucularına siyasət, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrə aid gündəlik xəbərlər, eyni zamanda analitik yazılar təqdim edir.

Fars dili redaksiyası foto və videoyayım xidməti də həyata keçirir.

Fars dilində materialları fa.apa.az səhifəsində oxuya bilərsiniz.

Bundan başqa, xidmətin X və Teleqram platformalarında da səhifələri var.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

# # #