Ahmet Kaya ilə bağlı daha bir qalmaqal: Xanımından kəskin etiraz

Ahmet Kaya ilə bağlı daha bir qalmaqal: Xanımından kəskin etiraz
15 yanvar 2020
# 12:39

Ahmet Kayanın həyatını əks etdirən film Kayanın ailəsi tərəfindən məhkəməyə verildi.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Ahmet Kayanın həyat yoldaşı Gülten Kaya rejissor Hakan Gürtopun çəkdiyi “İki gözüm Ahmet” adlı filmin nümayişini dayandırılması üçün məhkəməyə müraciət edib.

Ötən ilin yayından çəkilişlərinə başlanan “İki gözüm Ahmet” filminə ailəsi tərəfindən kəskin etirazlar olmuşdu. Ahmet Kayanın həyat yoldaşı və qızları Çiğdem Kaya Öztürk, Melis Kaya mətbuata belə bir açıqlama verdilər: Xeyli vaxtdır ki, Ahmet Kaya haqqında filmin çəkilməsi barədə söz-söhbətlər gəzir. Bu filmin sənətçinin ailə üzvləri və hüquqi varisləri ilə heç bir əlaqəsi yoxdur. Ahmet Kayanın varislərindən icazə alınmadan, dolayı yolla onun həyatını mövzuya çevirən bütün layihələr Türkiyə Cümhuriyyətində və bütün dünyada qanunsuzdur.

Bu açıqlamaya məhəl qoymayan çəkiliş qrupu ötən ilin noyabr ayında çəkilişlərin başa çatdığını açıqlayaraq filmin nümayişini 2020-ci ilin fevral ayına təyin etdilər. Bu isə ailənin məhkəməyə müraciət etməsinə səbəb oldu.

# 3592 dəfə oxunub

Müəllifin son yazıları

# # #