Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə 5 avqust 2023-cü il, saat 12:00-da animasiya kinosu sahəsində çalışan peşəkarlar və həvəskarlarla görüş keçiriləcək.
Kulis.az xəbər verir ki, görüş animasiya kinosu sahəsində çalışan şəxslər arasında şəbəkələşmə, animasiya kinosunun mövcud vəziyyəti – dövlət, özəl və ictimai sektorlar arasında potensial əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi və Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti və layihələri barədə məlumatlandırma məqsədilə təşkil olunacaq.
Görüşdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə iştirak edəcəklər.
- Bakirəliyi pozmaq üçün kirayələnən kişi
- Həmyerlimiz “Anna Karenina” baletində oynayacaq
- Atası müharibədə itkin düşdü, bacısını uşaq evində tapdı, məşhur filmə dəvət aldı - Xalq artisti adı verilməyən Aliyə Ramazanova
Görüşdə iştirak etmək üçün bu formanı doldurmağınız xahiş olunur: LİNK