Vudi Allen son filmini çəkəcək

Vudi Allen, rejissor

Vudi Allen, rejissor

29 iyun 2022
# 10:00

Məşhur rejissor Vudi Allen son filmini çəkəcəyini bildirib.

Kulis.az xəbər verir ki, İnstaqram səhifəsində canlı yayın açan rejissor növbəti və son filmini Parisdə çəkəcəyini deyib.

O, filmin çəkilişlərinə payızda başlayacağı və əvvəlki həvəslə işləyə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, pandemiya dövründə iki filmi yayımlanan rejissorun sadəcə Selena Qomezin baş rolda oynadığı “Nyu-Yorkda yağışlı bir gün” ekran işi uğur qazana bilmişdi.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #