Amerikalı aktrisa dünyanı İrandakı qadınlara dəstək olmağa çağırdı

Amerikalı aktrisa dünyanı İrandakı qadınlara dəstək olmağa çağırdı
16 dekabr 2022
# 18:45

Məşhur Hollivud ulduzu, aktrisa Cessika Çesteyn İrandakı etiraz aksiyaları ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Kulis.az xəbər verir ki, aktrisa Amerikalıların Ukrayna müharibəsi ilə daha çox maraqlandığını bildirib. Onun sözlərinə görə buna səbəb Ukraynadakı müharibəyə ağ dərili kişilərin, İrandakı inqilaba isə Yaxın Şərq qadınlarının rəhbərlik etməsidir.

“Başda ABŞ olmaqla, bir sıra ölkələrin iranlı qadın etirazçılara dəstəyi iddia edilən səviyyədə deyil. Dünya mediasını iranlı qadınlar haqqında daha çox məlumat yaymağa çağırıram” deyə aktrisa vurğulayıb.

# 1138 dəfə oxunub

Müəllifin son yazıları

# # #