Bu gün şair, yazıçı Murad Köhnəqalanın doğum günüdür.
Kulis.az bu münasibətlə müəllifin "Şahə sərxoşam eşqindən" divanisini təqdim edir.
Şahə, sərxoşam eşqindən, dönməz huşum cəm geri,
Saqi qoymaz əyağını, yanımdan bir dəm geri,
Yana çəkdin niqabını, qətrə nurun göründü,
Görən gündən macal tapmaz, gözümdəki nəm geri...
Nə kərəmdi endi mənə, kömrümü zər eylədi?
Dərgahından agah oldu, kim ki səfər eylədi...
Bu dünyanın bir dəninə nəfsi-nəzər eylədi,
Onunçün də görkə düşdü, dönmədi Adəm geri.
Köhnəqalam, dərd əhliyəm, ah yetincə ağlaram,
Dəmir alıb sinəm üstün, düyünlərəm, dağlaram.
Sənin səxandan halıyam, sənlə sevda bağlaram,
Alverimdi can alveri, həm qabağam, həm geri...