Güneyli aşıq Bakıda konsert verəcək

Güneyli aşıq Bakıda konsert verəcək
22 noyabr 2023
# 14:27

"Ümid eləyirəm ki, tamaşaçılarımız Təbrizin səsini dinləməyə gələcəklər".

Bu sözləri Kulis.az-a açıqlamasında dekabrın 4-də Heydər Əliyev Sarayında "Dalğa" qrupu ilə birgə konsert verəcək güneyli aşıq Çingiz Mehdipur deyib.

Konsertdə Anar Şuşalı, Mirələm Mirələmov kimi xanəndələr də iştirak edəcəklər:

"Bu konsert güneyli-quzeyli müştərək bir konsertdir. Ümid eləyirəm ki, tamaşaçılarımız Təbrizin səsini dinləməyə gələcəklər. Konsertdə təkcə aşıq havaları yox, yeni bəstələr də ifa olunacaq.Əməkdar artist Anar Şuşalı, Mirələm Mirələmov da iştirak edəcək.

Dalğa” qrupunun ifalarında hər zaman yeniliklər olub.Bu dəfə hamısından fərqli konsert olacaq".

# 841 dəfə oxunub

Müəllifin son yazıları

# # #