Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi

Aktyor Cavid Nəsrullah

Aktyor Cavid Nəsrullah

29 mart 2025
# 13:48

Aktyor Cavid Nəsrullaha “Bakı Metropoliteni”ndə yeni vəzifə verilib.

Kulis.az xəbər verir ki, o, QSC-də Kommunikasiya departamentinin rəisinin müavini təyin olunub.

Qeyd edək ki, sözügedən departamentin rəisi aktyor Şaban İmkanidir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib: “Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, “Azerfon” (Nar), “Gilan Holding”in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb”.

pravda.az

# 665 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #