Məşhur reperin Rusiya konserti ləğv edildi

Məşhur reperin Rusiya konserti ləğv edildi
1 aprel 2026
# 17:12

Rusiyada amerikalı repçi Ty Dolla Signin konsertləri ləğv edilib.

Kulis.az xəbər verir ki, buna səbəb sənətçinin mahnısında Ukrayna ilə bağlı səsləndirdiyi qalmaqallı ifadələr olub.

Sənətçi 26 iyunda Sankt-Peterburqda, 27 iyunda isə Moskvada çıxış etməli idi.

Eyni zamanda, “Mash” Telegram kanalı mart ayında kanadalı müğənni Avril Laviqnenin də Rusiyada konsert verməkdən imtina etdiyini yazıb. Bildirilir ki, təşkilatçılar onu Moskvada çıxış etməyə dəvət etsələr də, ifaçı bu təklifi qəti şəkildə rədd edib.

İddialara görə, Laviqnenin bu qərarı verməsinə səbəblərdən biri onun səhhəti ilə bağlı problemidir. Belə ki, müğənni 2013–2014-cü illərdə gənə dişləməsi nəticəsində Laym xəstəliyinə yoluxmuşdu.

Qeyd edək ki, bundan əvvəl amerikalı repçi Flo Rida da Yaxın Şərqdəki münaqişə səbəbindən Moskvada planlaşdırılan konsertini ləğv etmişdi.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər