Aktrisa intihar etdi

Veronika Forke Vasquez, ispan aktrisası

Veronika Forke Vasquez, ispan aktrisası

14 dekabr 2021
# 10:23

Məşhur ispan aktrisası vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Veranika Forkenin cəsədi Madriddəki mənzilində tapılıb.

Şəhər polisi aktrisanın intihar etdiyini bildirib.

Veranika Forke 2014-cü ildə kliniki depressiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, müsahibələrində dəfələrlə psixi problemlərindən danışıb.

Veronika Forke Vasquez - Viqo 1 dekabr 1955-ci ildə Madriddə anadan olub. 70-ci illərin əvvəllərindən ekranlarda görünən sənətçi çoxlu sayda mükafatın laureatı və namizədi olub. "Qoya", "İspan" Oskarı onların arasında ən məşhurdur. Forke Pedro Almodovarın "Kika" filminə görə "Ən yaxşı qadın rolu" nominasiyasında, həmçinin filmlərə görə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında mükafatlandırılıb.

# 3004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #