Bakı şəhər Qaradağ rayonu ərazisində musiqiçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Kulis.az xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub.
O, aldığı xəsarətlərdən vəfat edib.
Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş, o, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə baş verib.
Qeyd edək ki, M.Cəfərov sintezator ifaçısı idi.