Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu
24 sentyabr 2026
# 14:25

Gürcüstanın Qori şəhərində Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə keçirilməsi planlaşdırılan “Kamara” festivalı ləğv olunub.

APA-nın yerli bürosu xəbər verir ki, Aİ-nin Gürcüstandakı nümayəndəliyi bu qərarın təhlükəsizlik baxımından qəbul edildiyini bildirib.

Nümayənədlik təşkilatçıların festivalı təxirə salmalı olduqlarından təəssüf hissi ifadə edib.

Qeyd edək ki, “Gürcüstanın yaradıcılıq kompası” layihəsi çərçivəsində “Kamara” festivalı sentyabrın 26-na təyin olunmuşdu. Tədbirdə gürcü musiqiçi Kordzun çıxışı Gürcüstan hakimiyyəti tərəfindən kəskin tənqidlə qarşılanıb. Hakim “Gürcü Arzusu” partiyası onu mahnısı ilə seçicilərini təhqirdə ittiham edir.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər