Ağadadaş Ağayev məhkəmə prosesində niyə iştirak etməyib?

Ağadadaş Ağayev məhkəmə prosesində niyə iştirak etməyib?
23 yanvar 2025
# 17:25

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Kulis.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilmədiyi elan olunub.

Prosesdə şahid qismində Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, “Medera Hospital”da xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.

Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadələr arasında ziddiyyət olduğunu bildirib.

Daha sonra cinayət işi üzrə şahidlərin dindirilməsinin başa çatdığı elan olunub.

Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.

Proses fevralın 6-da davam etdiriləcək. APA

# 219 dəfə oxunub

Müəllifin son yazıları

# # #