"Xeyir xəbər" təqdim olundu

"Xeyir xəbər"  təqdim olundu
23 yanvar 2025
# 14:50

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında səhnələşdirlən “Xeyir xəbər” tamaşası Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təqdim olunub.

Kulis.az xəbər verir ki, birhissəli qəhrəmanlıq dramı olan "Xeyir xəbər"in bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının Baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Tamaşada rolları Elmira Kərimova, Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov, Əmrah Cəbiyev canlandırıblar.

Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə ithaf olunub

# 3377 dəfə oxunub

Oxşar xəbərlər

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

13:24 13 noyabr 2026
“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

12:18 13 noyabr 2026
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər