Aftandil İsrafilovun musiqiçi qardaşı da xəstəxanaya yerləşdirildi

Aftandil İsrafilovun musiqiçi qardaşı da xəstəxanaya yerləşdirildi
19 aprel 2023
# 10:30

Xalq artisti Aftandil İsrafilovun musiqiçi qardaşı Ənüşirəvan İsrafilov da xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə müğənni Fədayə Laçın sosial şəbəkədə məlumat yayıb.

"Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah Sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız", - deyə ifaçı məlumatda yazıb.

Qeyd edək ki, martın sonunda yenidən səhhəti pisləşən Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #