Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olundu

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olundu
28 iyun 2024
# 10:13

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyi qeyd olunub.

Kulis.az xəbər verir ki, tədbirdə Roza Cəlilovanın yaradıcılığından bəhs olunub, onun keçdiyi sənət yolu xatırlanıb.

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

# 184 dəfə oxunub

Müəllifin son yazıları

# # #