Adil Kərimli ADMİU-da kadr hazırlığı prosesi ilə tanış oldu

Adil Kərimli ADMİU-da kadr hazırlığı prosesi ilə tanış oldu
1 may 2023
# 18:00

Mədəniyyət naziri Adil Kərimli və nazirlik əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb.

2023-cü ilin 100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayan rektor naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.

Nazir Teatr sənəti, Rəssamlıq fakültələri və Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olub, dekanlarla görüşərək fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar ADMİU Sabah kursları II tədris ili tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin "Teresa Karranın tüfəngləri" tamaşasını izləyiblər.

Adil Kərimli ADMİU-da kadr hazırlığı prosesi ilə tanış olub

Adil Kərimli ADMİU-da kadr hazırlığı prosesi ilə tanış olub

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #