“A-dan Z-yə kino istehsalı” adlı intensiv kinorejissorluq kursları elan edildi

“A-dan Z-yə kino istehsalı” adlı intensiv kinorejissorluq kursları elan edildi
22 mart 2022
# 16:05

Azərbaycan Kinematoqrafçılar İttifaqı “A-dan Z-yə kino istehsalı” adlı intensiv kinorejissorluq kursları elan edib.

Kulis.az xəbər verir ki, layihə aprel, may və iyun aylarını əhatə edəcək.Sertifikatların təqdim olunması mərasimi isə 20 iyula qədər baş tutacaq.

Dərslər Mirbala Səlimli tərəfindən keçiriləcək və bədii kino istehsalının bütün mərhələlərini özündə əks etdirəcək. Nəzəri dərslər Bakıda, praktik məşğələlər isə Şəki şəhərində baş tutacaq və iştirakçılar real kino çəkilişi prosesində iştirak edəcəklər.

Layihə ərzində ideyanın yaranması, filmin rejissor şərhi, təsvir həlli, film istehsalının əsasları, montaj və sair mövzular tədris ediləcək. Emalatxana gənc kinorejissorlar üçün nəzərdə tutulub.

Layihəyə 24 yaşdan yuxarı ssenari, bədii film, kino yaradıcılığı sahəsində müəyyən baza məlumatlarına sahib amma rejissura sahəsində geniş biliyə, daha çox nəzəri məlumata, o cümlədən real çəkiliş prosesi təcrübəsinə ehtiyacı olan hər kəs müraciət edə bilər.

Bakıda keçiriləcək dərslərin vaxtı layihəyə seçiləcək iştirakçılarla uyğunlaşdırılaraq müəyyən ediləcək.

Layihədə iştirak pulsuzdur.

Şəki mərhələsinin ödənişləri AKİ tərəfindən qarşılanır.

Əlavə məlumat əldə etmək üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

# 1633 dəfə oxunub

Müəllifin son yazıları

# # #