Yazıçımızın kitabı Türkiyədə nəşr olundu

Yazıçımızın kitabı Türkiyədə nəşr olundu
4 yanvar 2021
# 12:31

Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlilin adı türk oxucularına yaxşı tanışdır. Türk dünyasında geniş yayılan “Temrin” dərgisi 86-cı sayını bütovlükdə onun yaradıcılığına həsr edib. 2021-ci ilin ilk günlərində isə İstanbulun “Asmaaltı yayın evi” Zahid Xəlilin “Qış nağılı” kitabını oxuculara təqdim edib.

Kulis.az xəbər verir ki, əsərləri türk dilinə tanınmış tərcüməçi Əbdülqadir Özqan və gənc şair-tərcüməçi Əbdürrəhim Kiçik çevirib. Hər iki kitabıın rəsmlərini tanınmış rəssam Şükran Ozqan cəkib.

Yazıçının fikrincə “Qış nağılı” onun üçün ən yaxşı yeni il hədiyyəsidir.

Qeyd edək ki, 2020-сi ildə İstanbulun “Asmaaltı yayın evi” Yazıcının “Yumru yumaq” adlı kitabını kütləvi tirajla cap edib. Kitaba yazıçının 38 hekayəsi daxil edilib.

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #