Yazıçımız beynəlxalq müsabiqədə birinci yeri tutdu

Yazıçımız beynəlxalq müsabiqədə birinci yeri tutdu
22 dekabr 2020
# 10:50

VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin nəticələri açıqlandı.

Yazıçı Nəriman Əbdülrəhmanlı VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsində birinci yerə layiq görülüb.

Kulis.azın verdiyi xəbərə görə, yazıçı “Xarabalıqlar altında xatirələr” adlı hekəyəsi ilə qalib olub.

İkinci mükafat Türkiyədən olan iştirakçı Arzu Toprağın “Dünyanın sahilində” hekayəsinə, üçüncü mükafat isə Türkmən yazıçısı Kamal Bayatlının “Məhəbbətin bilinməyən tərəfi” hekayəsinə verilib.

Onu da qeyd edək ki, bu il Avrasiya Yazıçılar Birliyi və TÜRKSOY ilə birgə təşkil olunan müsabiqəyə 933 əsər təqdim olunub.

Azərbaycan, Başqırdıstan, Çuvaşiya, Qaqauz, Cənubi Azərbaycan-İran, Qazaxıstan, Qırğızıstan, Krımtatar, Kumuk, Kosovo, Makedoniya, Malkar, Özbəkistan, Türkmənistan, Türkmənistan-İraq, Cənubi Türkmən-Əfqanıstan və Türkiyə, bir sözlə. 23 türk dövlətinin yazarları müsabiqədə bir araya gəlib.

VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin münsiflər heyətində Türkiyəni Osman Çeviksoy, Azərbaycanı Rəşad Məcid, Türkmənistanı Mehmet Ömər Kazançi, Kosovanı Taner Güclütürk və b. təmsil edib.

# 2023 dəfə oxunub

Müəllifin son yazıları

# # #