Kulis.az ən yaxşı 5 erotik filmi təqdim edir.
1. Əsas instinkt (Basic Instinct, 1992)

Bir detektiv gözəl və müəmmalı yazıçı qadını qətl hadisəsində şübhəli şəxs kimi araşdırarkən onun təhlükəli və ehtiraslı cazibə toruna düşür.
2. Gözləri tamamilə bağlı (Eyes Wide Shut, 1999)

Həyat yoldaşının gizli seksual xəyallarını öyrənən həkim gecə boyu Nyu-Yorkun qaranlıq künclərində özünü təhlükəli, sirli və gizli cəmiyyətin ayinində tapır.
3. 9 həftə yarım (9½ Weeks, 1986)

Qalereyda işləyən qadınla varlı biznesmen arasında insanın emossianal və pixoloji tarazlığını sınağa çəkən ehtiraslı münasibət başlayır.
4. Parisdə son tanqo (Last Tango in Paris, 1972)

Həyat yoldaşının intiharından sonra mənəvi böhran keçirən amerikalı kişi ilə gənc fransız qadın Parisdə adlarını belə bilmədikləri, yalnız fiziki ehtirasa əsaslanan gizli münasibətə başlayırlar.
5. Nimfomaniya (Nymphomaniac, 2013)

Özünü seks aludəçisi hesab edən bir qadın, onu yaralı halda tapan yaşlı kişiyə uşaqlıqdan bəri yaşadığı fırtınalı qaranlıq seksual həyatının hekayəsini danışır.