Kulis.az xəbər verir ki, yazıçı Səfər Alışarlının "İkinci Respublikanın generalı" adlı yeni kitabı çapdan çıxıb. Kitabda yazıçının heç yerdə çap olunmamış hekayələri yer alıb.
Bu haqda yazıçı özü şəxsi Feysbuk səhifəsindən paylaşım edib.
“Kitab satış şəbəkəsinə verilməyib. Bu, eləcə də keçən il çapdan çıxmış "Qız və maneken", inşil çapdan çıxmış "Quraq fəsillər" kitablarımı fərdi satış qaydasında 050-9602078 saylı telefon vasitəsilə əldə edə bilərsiniz. Kitabların hər birinin qiyməti 10 manatdır”.