Azərbaycanı “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə Sona Əzizova təmsil edəcək

Azərbaycanı “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə Sona Əzizova təmsil edəcək
16 avqust 2021
# 18:55

Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

Bu barədə APA-ya İctimai Televiziyanın Mətbuat katibi Aynurə Asimqızı bildirib.

Onun sözlərinə görə, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.

Şuarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır.

Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qedyə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

# 1740 dəfə oxunub

Müəllifin son yazıları

# # #