Xanəmir Telmanoğludan yeni kitab

Xanəmir Telmanoğludan yeni kitab
6 mart 2020
# 18:19

Yazıçı Xanəmir Telmanoğlunun "Orientalist Gül” kitabı işıq üzü görüb.

Yenə də öz ədəbi prinsiplərinə sadiq qalan Xanəmir bu kitabında da biri-birindən fərqli və eksperimentlərə dayanan mətnlərlə oxucuların görüşünə gəlib.

Kitabda hər birimizin mütləq maraq dairəsində olan “Sarı Gəlin” mahnısı və onun mətni üzərindən silsilə şəklində qəribə bir düşüncə tonuyla süslənmiş yazı son dərəcə yeni bir baxışa söykənir.

Ədəbiyyatımızdakı və ümumən düşüncə tarixində gül obrazının, simvolunun, anlayışının tarixi sürəcdəki baxış acısı onun fikirlərində yeni bir anlam qazanmış olur.

Digər yöndən kitabı süsləyən bəzi eksperiment təmayüllü şeir mətnləri də ədəbiyyatımız üçün fərqli bir nümunə təklifində bulunur.

Gallery

# 1734 dəfə oxunub

Müəllifin son yazıları

# # #