Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək

Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
8 iyul 2020
# 17:10

Venesiya film festivalı hər zamanki kimi keçiriləcəkdir.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 77-ci Venesiya Film Festivalının nümayəndə heyəti festivalın internetlə keçirilməyəcəyini açıqladı.

Festival rəsmiləri bildiriblər ki, təşkilatçılar rəsmi proqramdakı filmlərin ümumi sayını azaldacaqlar və əsas müsabiqə hesab olunan “Horizont” yarışmasının nümayişləri keçiriləcəldir. Nümayiş zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görüləcək.

Kinofestivalın mətbuat xidmətindən verilən məlumata görə, onlayn formatda yalnız bir "Virtual Reallıq" müsabiqəsi olacaq ki, burada eksperimental əsərlər nümayiş etdiriləcəkdir.

Festivalın sentyabrın 2-dən 12-dək əvvəllər də olduğu kimi Lido adasında keçirilməsi planlaşdırılır.

Festivalın tam proqramı iyulun 28-də elan ediləcək. Həmin gün şounun təfərrüatları koronavirus pandemiyası kontekstində açıqlanacaq.

# 1927 dəfə oxunub

Müəllifin son yazıları

# # #