UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd ediləcək

UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd ediləcək
18 fevral 2021
# 17:55

Fevralın 21-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunacaq.

Kulis.az xəbər verir ki, COVID-19 pandemiyasına görə bu il 22-ci Beynəlxalq Ana Dili Günü tədbiri virtual formatda hazırlanıb. Builki Ana Dili Günü “Təhsil və cəmiyyətə inklüzivlik üçün çoxdilliliyi təşviq etmək” mövzusu ətrafında reallaşacaq.

UNESCO-nun mənzil-qərargahından müxtəlif ölkələrin, eləcə də Azərbaycanın qurumdakı Daimi Nümayəndəliyi tərəfindən hazırlanmış videotəqdimat yayımlanacaq.

Bu əlamətdar günün qeyd olunması sülh dialoqunun və sosial inteqrasiyanın təşviqinə kömək edəcək.

Artıq 22 ildir ki, UNESCO bütün üzv dövlətləri və tərəfdaşları dayanıqlı inkişafın və möhkəm sülhün hərəkətverici qüvvəsi olan dil müxtəlifliyini və çoxdilliliyi bayram olaraq qeyd etməyə çağırır.

Xatırladaq ki, Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi üçün Banqladeş hökumətinin irəli sürüdüyü təşəbbüs 1999-cu ildə UNESCO-nun baş konfransı tərəfindən qəbul olunub. 2000-ci ildən ölkələrdə Beynəlxalq Ana Dili Günü qeyd edilir. Dil və mədəniyyət müxtəlifliyinin tanınması, bu amillərə hörmət edilməsi cəmiyyətin daha sıx birləşməsinə, eləcə də dünyada möhkəm sülhün təməlinin təşkilinə töhfə verir.

# 1210 dəfə oxunub

Müəllifin son yazıları

# # #