Tvitter işçilərinə qadağa qoydu

Tvitter işçilərinə qadağa qoydu
4 mart 2020
# 12:53

Tvitter mikrobloqlar xidməti karonavirus səbəbindən işçilərinin ofisə gəlməsini qadağan edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Honkonq, Yaponiya və Cənubi Koreyadan olan işçilər verilmiş tapşırıqları evdən yerinə yetirəcəklər, indi tvitter rəhbərliyi bu vəziyyətdən çıxış üçün bir sistem qurmağa çalışır. Digər ölkələrdə çalışan işçilərin ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmaq vacib deyilsə, evdən işləmək daha məqsədəuyğundur.

Ofisdə olması vacib olan əməkdaşların təhlükəsizliyi üçün bütün otaqlarda təmizlik və dezinfeksiya işləri aparılır.

Şirkətin bu siyasəti dərhal qüvvəyə minir və “COVID-19” epidemiyasına qarşı əlçatan və təsirli peyvənd çıxarılanadək qüvvədə olacaq.

# 2125 dəfə oxunub

Müəllifin son yazıları

# # #