Tenda Teatrında yeni tamaşa

Tenda Teatrında yeni tamaşa
18 mart 2020
# 12:37

Müstəqil Tenda Teatrında "İllüziyaçılar" adlı yeni tamaşa hazırlanır.

Kulis.az xəbər verir ki, tamaşa Gənc Rejissorların Yaradıcılıq Laboratoriyasında Benqt Alforsun "İllüziyaçılar" pyesini hazırlayır.

Tamaşanın rejissoru Müşfiq Əliyevdir. Əsərdə tanınmış aktyorlar Kərəm Hadızadə, Zümrüd Quliyeva və Əməkdar artist Elnur Hüseynov iştirak edəcək.

Xatırladaq ki, Teatr Xadimləri İttifaqında yaradılan Gənc Rejissorların Yaradıcılıq Laboratoriyasının Bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanovdur. Teatrın bundan əvvəlki tamaşası isə "Teatral komediya" olub.

Qeyd edək ki, Tenda Teatrı Müşfiq Əliyevin təşəbbüsü ilə yaradılıb.

Gallery

# 1676 dəfə oxunub

Müəllifin son yazıları

# # #