Orxan Pamuk fəxri vətəndaş ola bilmədi

Orxan Pamuk fəxri vətəndaş ola bilmədi
20 fevral 2018
# 10:23

Bosniya və Herseqovina Nobel ödüllü türk yazıçı Orxan Pamuka fəxri vətəndaşlıq vermək fikrindən vaz keçib.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərarı fəxri mükafatı təqdim etməyə hazırlaşan Sarayevo Bələdiyyəsi tərəfindən verilib.

Türk mətbuatı hadisənin siyasi motivlərlə bağlı olduğunu yazır. Belə ki, rəsmi Sarayevo Türkiyə hakimiyyətindən çəkinərək belə bir addım atıb.

Xatırladaq ki, bir müddət əvvəl Orxan Pamukun Sarayevo şəhərinin fəxri vətəndaşı seçiləcəyi ilə bağlı xəbər yayılmışdı.

# 2007 dəfə oxunub

Müəllifin son yazıları

# # #