Tarkovskinin aktrisası vəfat etdi

Tarkovskinin aktrisası vəfat etdi
28 iyun 2021
# 16:47

Rusiyalı aktrisa Olqa Barnet uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aktrisanın yaxınları məlumat yayıb.

Olqa Barnet məşhur rejissor Boris Barnetin qızıdır. O, teatr tamaşaları ilə yanaşı on üçdən çox filmə çəkilib.

Aktrisa daha çox Andrey Tarkovskinin “Solyaris” filmində baş qəhrəmanın anası obrazı ilə tanınıb.

# 1459 dəfə oxunub

Müəllifin son yazıları

# # #