Bakıda Dünya Xalqları Mədəniyyət Festivalı keçirilir

Bakıda  Dünya Xalqları Mədəniyyət Festivalı keçirilir
23 may 2025
# 10:20

ADA Universitetində ənənəvi 13-cü Beynəlxalq Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, festival çərçivəsində ADA Universiteti Yaponiya, Malayziya, Çin, Türkiyə və Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünyanın 50-yə yaxın ölkəsinin mədəniyyətlərini nümayiş etdirəcək bir platformaya çevrilib.

Festivalda müxtəlif ölkələrin səfirləri, diplomatik korpus nümayəndələri və 100-dən çox xarici qonaq iştirak edir.

Qeyd edək ki, festivalda təmsil olunan ölkələrin milli mədəniyyəti, milli mətbəx nümunələri, kitablar, bukletlər və çap məhsulları beynəlxalq və yerli tələbələr tərəfindən nümayiş etdirilir.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

# # #